Close

Ukrayna “Abrams”ları cəbhə xəttindən geri çəkir

Ukrayna Amerikanın verdiyi “Abrams” tanklarını cəbhə xəttindən geri çəkməyə qərar verib, çünki Rusiya onları asanlıqla məhv edir.

TNS xəbər verir ki, bu barədə “The Telegraph” yazıb.

“Ötən il Kiyev Vaşinqtondan 31 “Abrams” tankı alıb, lakin hazırda onlardan 5-i artıq məhv edilib. Bir neçə min dollara başa gələn dronların 10 milyon dollar dəyərindəki  tanklara ən həssas olduğu yerdən hücum edə bildiyi bir dünyada yaşaya bilmərik",- nəşr qeyd edib.

Jurnalistlərin fikrincə, buna səbəb Kiyevin öz mövqelərini qorumaq üçün bu tanklardan statik silah kimi istifadə etməsidir. Halbuki onlar zərbə yumruğunun bir hissəsi kimi manevr hücumları üçün nəzərdə tutulub.

Nəşr tankları düşmən dronlarından xilas etməyin yollarını da qeyd edib: “Bu problemin həlli variantlarından biri qülləni dronlardan qoruyan metal qəfəslərin quraşdırılmasıdır. Məsələn, tanklar pilotsuz təyyarələrlə mübarizə aparacaq Britaniyanın “DragonFire” lazer sisteminə bənzər bir şeylə təchiz oluna bilər”.