Close

İsrailin milli təhlükəsizlik nazirinin avtomobili aşıb, nazir yaralanıb

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvirin avtomobili aşıb.

TNS xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Bildirilib ki, Ben Qvir təcili olaraq Şamir Assaf Harofeh Xəstəxanasına çatdırılıb, vəziyyəti orta ağır qiymətləndirilir.

Qeyd edək ki, bu gün Ramla şəhərində 18 yaşlı bir qızın bıçaq xəsarətləri alması ilə nəticələnən terror hücumu olub. Nazirin avtomobili də hadisə baş verən əraziyə gedərkən qəza törədib.