Close

Zelenski Dəstək Qüvvələri komandanını vəzifəsindən azad edib

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Dəstək Qüvvələri komandanı Aleksandr Yakovetsi vəzifəsindən azad edib.

TNS xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.

Vəzifəsindən azad edilən Ukrayna Silahlı Qüvvələrinə Dəstək Qüvvələrinin komandanı Aleksandr Yakovets Xüsusi Nəqliyyat Xidməti İdarəsinin rəhbəri təyin edilib.