Close

İran və İsrail ordusunun gücü- İran nəyə güvənir?

Məlum olduğu kimi, aprelin 13-də İran ilk dəfə olaraq birbaşa öz ərazisindən İsrailə hücum edib. İsrail ordusunun məlumatına görə, İranın hücumunda 170 pilotsuz uçuş aparatı, heç biri ölkə ərazisinə daxil olmayan 30 qanadlı raket və ən azı 110 ballistik raket zərərsizləşdirilib. Artıq bütün dünyanın diqqəti İsrailin İrana verəcəyi cavaba yönəlib.

TNS xəbər verir ki, iki ölkə arasındakı gərginlikdən sonra ən çox maraq doğuran mövzulardan biri də İsrail və İran ordularının nə qədər güclü olması, İranın özünün hansı hərbi qüvvələri və müdafiə imkanlarına güvənərək bu addımı atmasıdır.

İranın coğrafiyası və əhalisi İsraildən qat-qat böyükdür. Təxminən 90 milyon əhalisi olan ölkə İsraildən təxminən 10 dəfə böyükdür. Amma bu o demək deyil ki, İran daha böyük hərbi gücdür. İran bu illər ərzində raketlərə və pilotsuz uçuş aparatlarına böyük sərmayə qoyub.

Özünün böyük arsenalına malik olsa da, İranın ən böyük çatışmazlığı müasir hava hücumundan müdafiə sistemləri və döyüş təyyarələridir.

6621ffb955617d0f99a46532

İsrail isə dünyanın ən qabaqcıl hava qüvvələrinə sahibdir.

Qlobal hərbi imkanları qiymətləndirən və müdafiə büdcələrini ehtiva edən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) hazırladığı hesabata görə, İsrailin F-15, F-16 və ən yeni F-35 təyyarələri də daxil olmaqla ən azı 14 döyüş təyyarəsi donanması var.

6622012055617d0f99a4653d

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) qlobal silah transferləri ilə bağlı dərc etdiyi son araşdırmaya görə, 2019-2023-cü illər arasında İsrailin silah idxalının 69 faizi ABŞ-dən, 30 faizi isə Almaniyadan olub. Bundan əlavə, İsrail dünyanın ən qabaqcıl hava hücumundan müdafiə sistemlərindən birinə malikdir.

10 ildən artıqdır, istifadə edilən "Dəmir Qübbə" İsrailin müdafiə şirkəti “Rafael” və dövlətə məxsus Hava və Kosmos Sənayesi qurumu tərəfindən birgə hazırlanıb.

İsrail mətbuatında yer alan xəbərə görə, onun istehsalının ilkin olaraq tamamilə ölkənin öz qaynaqları hesabına qarşılanması planlaşdırılırdı. Lakin kütləvi istehsala başlandıqdan sonra ABŞ-dən alınan maliyyə dəstəyi müqabilində sistem komponentlərinin yarısı ABŞ-də istehsal olunmağa başladı.

345345345345_1514550113_1520341984_1524486731

Bundan başqa İsrailin özünün nüvə silahına sahib olduğu düşünülür, lakin mövzu ilə bağlı rəsmi açıqlamalarda qeyri-müəyyən cavablar verilir.

İranın isə heç bir nüvə silahına malik olmadığına inanılır və Tehran nüvə silahı yaratmaq üçün mülki nüvə proqramından istifadə etməyə cəhd etdiyinə dair iddiaları rədd edir.

Ötən il Beynəlxalq Atom Enerjisi Agentliyi İranın “Fordo” adlı yeraltı nüvə obyektində 83,7 faiz saflıqda zənginləşdirilmiş uran hissəciklərini aşkar edib.

Zənginləşdirilmiş uran nüvə yanacağı ilə yanaşı, nüvə silahı hazırlamaq üçün də istifadə edilə bilər.

6622004d55617d0f99a46539

Nüvə silahları üçün uran 90 faiz zənginləşdirilməlidir. Tehran administrasiyası 2015-ci ildə ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya ilə imzalanmış nüvə sazişi çərçivəsində yalnız aşağı səviyyədə zənginləşdirilmiş uranın istehsalına razılaşıb. Lakin ABŞ-nin sabiq Prezidenti Donald Tramp 2018-ci ildə sazişdən çıxdıqdan və İrana qarşı sanksiyaları saxlamaq qərarına gəldikdən sonra saziş iflasa yaxınlaşıb.

Ancaq Tehran administrasiyası razılaşmanı pozaraq iki ildən artıqdır ki, uranı 60 faiz saflığa qədər zənginləşdirir.