Close

23:10
07 Noyabr 2024

Qəzzaya dəyən ziyanın məbləği açıqlanıb

2023-cü ilin oktyabrından bu ilin yanvarınadək Qəzza zolağının infrastrukturuna dəyən ziyanı 18,5 milyard dollar təşkil edib.

TNS xəbər verir ki, BMT və Dünya Bankının birgə hesabatına əsasən, dörd ay ərzində dəymiş ziyan Fələstinin 2022-ci il üçün ÜDM-nin 97 %-nə bərabərdir.

Ən çox mənzil sektoruna ziyan dəyib. Bu ziyanın beşdə dördündən çoxu yaşayış binalarının (ümumi məbləğin 72 %-i) payına düşür.

Ticarət, sənaye və xidmət sahələrinə dəyən ziyan ümumi məbləğin 9 %-ni təşkil edir.

Dağıntılar ən çox Qəzzanın şimalında və Xan Yunis əyalətində qeydə alınıb.

Birgə məlumatda deyilir ki, davam edən qarşıdurmadan Qəzza iqtisadiyyatı da ziyan çəkib. Qəzza zolağının əhalisinin 74 %-i işsizdir.