Close

DTX təcridxanasında olan Ermənistanın yeganə milyarderi

“Forbes” nəşri dünya milyarderlərinin növbəti reytinqini açıqlayıb.

TNS xəbər verir ki, siyahıya Ermənistandan yalnız bir nəfərin - separatçı Ruben Vardanyanın adı daxil edilib.

Hazırda onun sərvəti 1,1 milyard dollar qiymətləndirilir.

Siyahıda 2545-ci yeri tutan Vardanyanın ötən il ərzində sərvətinin azaldığı qeyd edilib. Buna səbəb onun 2021-ci ildə Ermənistan pasportu alması, 2022-ci ildə isə Rusiya pasportundan imtina etməsidir. Bundan əvvəl Amerika jurnalı Vardanyanı rus milyarderləri sırasına daxil etmişdi.

Xatırladaq ki, Ruben Vardanyan hazırda DTX təcridxanasında saxlanılır və aparılan cinayət işi üzrə öz məhkəməsini gözləyir.