Vahid Ələkbərov Rusiyanın ən zəngin iş adamı oldu
“Forbes” jurnalı dünyanın ən zəngin iş adamlarının illik siyahısını dərc edib.
TNS xəbər verir ki, rusiyalı milyarderlərin sayı 110 nəfərdən 125 nəfərə qədər artaraq rekorda çatıb.
Rusiya milyarderlərinin ümumi sərvəti il ərzində 14% artaraq 576,8 milyard dollara çatıb. 2021-ci ilin rekordunu qırmaq mümkün olmayıb. O zaman 123 rusiyalının kapitalı 606,2 milyard dollar təşkil edib.
“Lukoyl”un qurucusu Vahid Ələkbərov ilk dəfə olaraq Rusiyanın ən zəngin iş adamı (dünya reytinqində 59-cu yer) kimi tanınıb. Onun sərvəti il ərzində 20,5 milyard dollardan 28,6 milyard dollara qədər artıb ki, bu da milyarderə siyahıda beş pillə yüksəlməyə imkan verib.