Close

Belqorod atəşə tutulub - Yaralananlar var

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod vilayətinin Qlotovo kəndini atəşə tutması nəticəsində 2 nəfər yaralanıb.

TNS xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün "Telegram" kanalında məlumat verib.

“Qrayvoronski rayonunun Qlotovo kəndi Ukrayna Silahlı Qüvvələri tərəfindən pilotsuz uçuş aparatlarından istifadə edilməklə hücuma məruz qalıb”, - Qladkov bildirib.

Qeyd edək ki, ötən gün Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətinin Valuyski rayonunun Starıy Xutor kəndini atəşə tutub.