Close

Danimarka Ukraynaya növbəti yardım paketini açıqladı

Danimarka Ukraynaya yeni hərbi yardım paketini elan edib.

TNS xəbər verir ki, bunu ölkənin Baş naziri Mette Frederiksen açıqlayıb.

Baş nazirin sözlərinə görə, yeni hərbi yardım paketi 195 milyon funt sterlinq həcmindədir.

O bildirib ki, qalibiyyət üçün indi Kiyevə daha çox dəstək lazımdır.

Xatırladaq ki, daha əvvəl Danimarkanın müdafiə naziri Troels Lund Poulsen F-16 qırıcı təyyarələrinin yayda Ukraynaya veriləcəyini bildirmişdi.