Yeni qanun qəbul edildi - Pedofillər axtalanacaq
Qazaxıstanda qəbul edilən yeni qanuna əsasən, pedofillərin cinsi orqanı (cərrahi kastrasiya) kəsiləcək.
TNS xəbər verir ki, hakim Əmanət Partiyasının icraçı katibi və parlament üzvü Elnur Beysenbayev kimyəvi kastrasiyanın (axtalama) faydasız olduğunu bildirib.
Qanun deputatların pedofillər üçün dünyada ən sərt cəzalardan biri olan kimyəvi kastrasiyanın kifayət qədər sərt olmadığı barədə şikayətlərini səsləndirdikdən sonra qəbul edilib.
Beysenbayev qeyd edib ki, cərrahi kastrasiya bəzi dairələr tərəfindən insan hüquqlarının pozulması kimi dəyərləndirilir, lakin onlar bunun bütün pedofillərə şamil edilməsini tövsiyə etmirlər və məhkəmələrə cərrahi kastrasiya cəzası təyin etmək variantını təklif etmək istəyirlər.
Daxili işlər nazirinin müavini İqor Lepixa cərrahi kastrasiyanın mübahisəli olduğunu bildirib: “Söhbət pedofil cinayətkarların ömürlük həbs edilməsindən gedir, ona görə də kastrasiyanın heç bir mənası yoxdur”.