Close

12:20
27 İyul 2024

HƏMAS-dan İlon Maska çağırış: "Qəzzaya gəlin"

HƏMAS hərəkatı İlon Maskı Qəzza zolağına səfər etməyə çağırıb.

TNS xəbər verir ki, bu barədə hərəkatın rəhbərliyinin üzvü Usamə Həmdan məlumat yayıb.

“Biz İlon Maskı Qəzza zolağına səfər etməyə çağırırıq ki, o, Qəzza zolağında xalqımıza qarşı törədilən qətliamın miqyasını görə bilsin”, - deyə U.Həmdan bildirib.

Qeyd edək ki, İlon Mask noyabrın 27-də İsrailə səfər edib və İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu və Prezidenti İsaak Hersoqla görüşüb. Amerikalı iş adamı Netanyahunun müşayiəti ilə HƏMAS-ın hücumu nəticəsində İsrailin ən çox zərər çəkmiş yaşayış məntəqələrindən biri sayılan Kibbutz Kfar Azaya baş çəkib. Mask İsrailin Baş naziri ilə HƏMAS-ın məhv edilməsi ilə bağlı razılığa gəlib.