Close

12:20
27 İyul 2024

Amerika kəşfiyyatı Ermənistanda təlim keçir

ABŞ Federal Təhqiqatlar Bürosunun əməkdaşları Ermənistan İstintaq Komitəsinin əməkdaşları üçün maliyyə cinayətləri ilə mübarizə üzrə ixtisasartırma kursları keçirlər.

TNS xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu təlim proqramı ilə bağlı məsələlər Ermənistan İstintaq Komitəsinin sədr müavini Arsen Ayvazyan və ABŞ səfirliyinin Narkotiklərlə mübarizə və hüquqi əməkdaşlıq idarəsinin direktoru Aleksis Haftvan tərəfindən müzakirə edilib.

Tərəflərin yaxın gələcəkdə yeni təlim proqramlarının müzakirəsini davam etdirmək barədə razılığa gəldiyi də qeyd olunub.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-nin QHT-ləri postsovet məkanına daxil etmək cəhdlərini açıqlamışdı.