Close

Kömür mədənində faciə: 11 nəfər öldü

Çinin şimal-şərqində yerləşən Heyloncian vilayətindəki kömür mədənində qəza baş verib.

TNS xarici KİV-ə istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində 11 nəfər ölüb.

Qeyd olunub ki, bu gün günorta saatlarında şaxtada səbəbi bilinməyən partlayış baş verib. İndiyədək hadisə yerindən 11 nəfərin meyiti tapılıb.