Close

"Meta" və "TikTok" rəhbərləri Senatın dinləmələrində ifadə verəcək

“Meta” korporasiyasının baş direktoru Mark Zukerberq və “TikTok”un rəhbəri Çu Şou Tzunun ABŞ Senatının Ədliyyə Komitəsində keçirilən dinləmələrdə ifadə verəcəyi gözlənilir.

TNS xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, dinləmələr internetdə azyaşlıların cinsi istismarı probleminə həsr olunacaq.

Dinləmələr dekabrın 6-na təyin edilib.

Bildirilir ki, senatorlar qarşısında ifadə verməyə məcbur edən müvafiq bildirişlər Discord, Snap və X (keçmiş Twitter) rəhbərlərinə də göndərilib.