Close

HƏMAS Təl-Əvivi raket atəşinə tutub

Noyabrın 20-də HƏMAS İsrailin Təl-Əviv şəhərinə ağır raket zərbələri endirib.

TNS xəbər verir ki, bu barədə ərəb telekanalları məlumat yayıb.

Bildirilib ki, bu, oktyabrın 7-də hərbi əməliyyatlar başlayandan bəri ən ağır zərbə sayılır. İsrailin bir neçə şəhəri raket atəşinə tutulub.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS “Əl-Əqsa” daşqını əməliyyatına başladığını elan etdikdən sonra Qəzza zolağından minlərlə yaraqlının İsrailə keçməsi ilə Yaxın Şərqdə vəziyyət gərginləşib. Münaqişə nəticəsindən 14 min nəfərdən çox insan ölüb.