Close

Üç NATO ölkəsi birgə bölmə yaradır

Türkiyə, Rumıniya və Bolqarıstan Qara dənizi minalardan təmizləmək üçün birgə bölmə yaratmağa hazırlaşır.

TNS xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

 “Üç ölkənin müdafiə nazirlərinin müavinləri dəniz minalarını təmizləmə bölməsinin yaradılmasının təfərrüatlarını yekunlaşdırmaq üçün çərşənbə günü (noyabrın 22-də) Ankarada görüşməyə hazırlaşırlar”,-“Bloomberg” mənbəsinə istinadən yazır.

Nəşr qeyd edir ki, görüşdən sonra yekun razılaşmanın imzalanıb-imzalanmayacağı hələ məlum deyil, lakin layihə təsdiq olunarsa, bölmə bir aydan gec olmayaraq işə başlayacaq.

Həmçinin iddia olunur ki, üç NATO ölkəsi suların minalardan təmizlənməsinə Alyansa üzv olan digər dövlətləri də cəlb etmək niyyətində deyil.

Xatırladaq ki, daha əvvəl Qara dənizin Rumıniya sahillərində türk yük gəmisinin və Odessadan taxıl daşıyan gəminin minaya düşməsi ilə bağlı insident qeydə alınmışdı.