Close

Finlandiya səfiri Rusiya XİN-ə çağırılıb

Finlandiyanın Rusiyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

TNS xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.

"Səfir Antti Helanteraya Finlandiya-Rusiya sərhədində 4 keçid məntəqəsinin bağlanması ilə əlaqədar etiraz bildirilib və Helsinkinin bu addımı birmənalı şəkildə təxribat xarakterli adlandırılıb",- məlumatda deyilir.

Həmçinin qeyd olunub ki, Finlandiyanın bu cür addımlar atması hər iki ölkədə on minlərlə vətəndaşının hüquq və maraqlarını pozur. Finlandiya hakimiyyəti Rusiya tərəfi ilə məsləhətləşmədən tələsik qərar qəbul edib.

Xatırladaq ki, bir müddət əvvəl qanunsuz miqrant axınının qarşısını almaq səbəbindən Rusiya ilə sərhəddə 4 keçid məntəqəsinin bağlanması qərarı ilə çıxış edən Finlandiya hökuməti bütün məntəqələrin bağlana biləcəyini istisna etməmişdi.