Close

22:27
28 Noyabr 2023

Ədliyyə Nazirliyi xaricdə həbsxana icarəyə götürməyi planlaşdırır

Böyük Britaniya hakimiyyəti ölkə həbsxanalarında yer çatışmazlığı səbəbindən xaricdə həbsxana yerlərinin kirayəyə götürülməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir.

TNS RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Britaniyanın ədliyyə naziri Aleks Çalk Mühafizəkarlar Partiyasının illik qurultayında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hakimiyyət mövcud həbsxanaları da genişləndirir.

"Biz həmçinin Norveç nümunəsinə baxmaq və xaricdə (həbsxanaların) icarəyə götürmək imkanlarını araşdırırıq”,- nazir qeyd edib.

Çalk Böyük Britaniyanın “Viktoriya dövründən bəri ən böyük həbsxana genişləndirilməsi proqramı”nı həyata keçirdiyini vurğulayıb.