Kadırovun qızı xalq artisti oldu
18
15:07 - 03 Oktyabr 2023

Çeçenistan rəhbəri Ramzan Kadırovun böyük qızı Ayşat Kadırova Çeçenistanın xalq artisti adına layiq görülüb.
TNS xəbər verir ki, bu barədə Ramzan Kadırov "Telegram" kanalında yazıb.
“Ayşat Kadırovanı II dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif etdim. Həmçinin Çeçenistan Respublikası rəhbərinin fərmanı ilə o, “Çeçenistan Respublikasının xalq artisti” adına layiq görülüb. Səhnəmizin parlaq nümayəndəsi Elina Murtazova “Çeçenistan Respublikası qarşısında xidmətlərə görə” medalına, Maret Baysarova “Çeçenistan Respublikasının əməkdar mədəniyyət işçisi” adına layiq görülüb”, - Kadırov bildirib.