Amerikalı aktyor Azərbaycana böhtan atıb
64
22:15 - 29 Sentyabr 2023

Amerikalı aktyor Mel Gibson Azərbaycana böhtan ataraq Qarabağdakı antiterror əməliyyatını “soyqırım” adlandırıb.
TNS xəbər verir ki, o, Qarabağda yaşayan ermənilərin guya Azərbaycan və Türkiyənin əli ilə təsvir olunmaz dəhşətlər yaşadığını iddia edir.
Aktyor Azərbaycanın bir sıra erməni sakinlərinin könüllü olaraq Qarabağı tərk etmələrini etnik təmizləmə adlandıraraq “Təcili addımlar atın” çağırışı edib.
Qeyd edək ki, ermənipərəst aktyor 44 günlük Vətən müharibəsində də Azərbaycana qarşı əsassız iddialar səsləndirmiş və ermənilərə dəstək videoları paylaşmışdı.