Close

12:20
27 İyul 2024

İrəvanda etirazçılarla polis arasında toqquşmalar davam edir

Polis İrəvanda hökumət binası yaxınlığında etirazçılara qarşı səs qumbaralarından istifadə etməyə başlayıb.

TNS xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, aksiya iştirakçıları ilə polis arasında toqquşmalar davam edir.

Bundan əvvəl aksiya iştirakçılarının Ermənistan hökumətinin binasına basqın etmək cəhdləri barədə məlumat yayılıb. Onlar polis kordonunu yarmağa çalışıblar.

"RİA Novosti"nin məlumatına görə, minlərlə etirazçı Nazirlər Kabinetinin binası yaxınlığında toplaşıb.

Bundan əvvəl etirazçılar mərkəzi meydana girişi bağlayıblar.