Close

12:20
27 İyul 2024

İrəvanda Paşinyanın istefası tələbi ilə aksiya keçirilib

Ermənistanın paytaxtı İrəvanın mərkəzində etiraz aksiyası keçirilib.

TNS “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Respublika meydanında toplaşan azsaylı kütlə Azərbaycanın Qarabağda keçirdiyi lokal antiterror əməliyyatı ilə bağlı Ermənistana hakimiyyətinə etiraz ediblər.

Onlar Nikol Paşinyan hakimiyyətinin istefa verməsini tələb edərək hökumət binasına daxil olmağa cəhd göstəriblər.

Bu zaman etirazçılarla polis arasında toqquşma olub.