Paşinyanın növbəti "telefon diplomatiyası" - Baş nazir Blinkenə və Makrona zəng etdi
16
18:22 - 19 Sentyabr 2023

Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ Dövlət katibi Antoni Blinken və Fransa Prezidenti Emmanuel Makronla telefonla danışıb.
TNS xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.
Qeyd olunub ki, tərəflər Qarabağdakı son vəziyyəti müzakirə ediblər.
Tərəflər gərginliyin azaldılması üçün beynəlxalq mexanizmlərdən istifadənin zəruriliyini vurğulayıblar.
Fransa Prezidenti bildirib ki, yaranmış vəziyyətlə əlaqədar Paris BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edir.
Əlaqəli xəbərlər
21:01
29 Sentyabr 2023