Close

12:20
27 İyul 2024

İlk yük gəmisi Kiyevin “taxıl dəhlizi” vasitəsilə yola çıxıb

Kiyevin elan etdiyi alternativ “taxıl dəhlizi” çərçivəsində Çernomorsk limanına daxil olan “Resilient Africa” gəmisi üç ton buğda ilə oranı tərk edib.

TNS xəbər verir ki, bu barədə Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov özünün feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə, bir müddət öncə limana daxil olan ikinci gəmi isə Misirə buğda aparacaq.

“Aroyat” və “Resilient Africa” Çernomorsk limanına daxil olmaq üçün alternativ “taxıl dəhlizindən” istifadə edən ilk gəmilərdir. Onlara Afrika və Asiya ölkələri üçün nəzərdə tutulan 20 min ton buğdanın yüklənməsi planlaşdırılır. Nazir gəmilərin Palau bayrağı altında üzdüyünü və ekipajın Türkiyə, Azərbaycan, Misir və Ukrayna vətəndaşlarından ibarət olduğunu deyib.

Qeyd edək ki, avqustun 10-da Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Donanması Qara dənizdə yerləşən Çernomosrk, Odessa və Yujnıy limanlarına üzən ticarət gəmiləri üçün müvəqqəti dəhlizin yaradıldığını elan edib. Bununla belə, Kiyev marşrut üzrə hərbi təhdidin və mina təhlükəsinin olduğunu bildirib. Eyni zamanda, dəhliz 2022-ci ilin fevralından Ukrayna limanlarında qalan mülki gəmilərin çıxarılması üçün istifadə ediləcək. Avqustun 16-da “Joseph Schulte” Rusiyanın da daxil olduğu “taxıl sazişi” qüvvədən düşdükdən sonra Ukrayna limanını tərk edən ilk yük gəmisi olub.