Close

12:20
27 İyul 2024

Avropada nə qədər ukraynalı qaçqın var?

Müharibə başlayandan bəri Avropa İttifaqına gələn ukraynalı qaçqınların sayı artıq 10 milyon nəfərə yaxındır.

TNS xəbər verir ki, bunu Avropanın daxili bazar üzrə komissarı Tyerri Breton “Sud Radio”ya deyib.

Onun sözlərinə görə, Çexiyada Ukraynadan gələn miqrantların sayı 440 min nəfərdir. Bu, ölkə əhalisinin 4%-ni təşkil edir.

Breton bildirib ki, Macarıstan, Polşa da ukraynalı miqrantları qəbul edir və miqrasiya problemi hər kəsə təsir edir.

“Ukrayna vətəndaşlarının, o cümlədən qaçqınların 34%-i Avropada normal, 51%-i isə rahat şəraitdə yaşadıqlarına inanırlar. Ukraynalıların yalnız 13%-i vəziyyətini narahat adlandırıb. Qaçqınlar arasında kişilərin sayı üçdə birdən bir qədər çoxdur”,- komissar qeyd edib.

Qeyd edək ki, “Bloomberg” agentliyi daha əvvəl bildirmişdi ki, Ukrayna iqtisadiyyatını bərpa etmək şansı əldə etmək üçün xaricdəki qadınlarını geri qaytarmalıdır