Close

İran daha 5 amerikalını qaytardı- Qarşılığında ABŞ-dan nə aldı?

Avqustun 18-də Qətərin vasitəçiliyi ilə Vaşinqton və Tehran arasında məhbus mübadiləsi çərçivəsində beş amerikalı İran tərəfindən ABŞ-a qaytarılıb.

TNS ”The Hill”ə istinadən  xəbər verir ki, ABŞ Prezidenti Co Bayden bunu yüksək qiymətləndirib.

Bayden bildirib ki, 5 günahsız amerikalı İranda əzab və iztirab yaşayıblar.

Prezident həmçinin ABŞ-nin Qətər, Oman, İsveçrə və Cənubi Koreyadakı tərəfdaşlarına bu prosesdəki köməklərinə görə təşəkkür edib.

Daha sonra ABŞ Dövlət Departamenti məhbus mübadiləsi sazişi çərçivəsində Tehrana dondurulmuş 6 milyard dollarlıq aktivlərə çıxış imkanı verilməsinə baxmayaraq, İrana qarşı sanksiyaların yumşaldılmayacağını açıqlayıb. Bildirilib ki, Vaşinqton İran hakimiyyəti tərəfindən insan haqları pozuntularına və xaricdə sabitliyi pozan hərəkətlərə qarşı durmağa davam edəcək.

Qeyd edək ki, avqustun 18-də Vaşinqton və Tehran arasında əsir mübadiləsi çərçivəsində beş ABŞ vətəndaşı Qətər təyyarəsinə mindirilib.