İranla sərhəddə Pakistan sərhədçiləri öldürülüb
20
14:29 - 01 İyun 2023

Pakistan İranla sərhəddə terror qruplaşmanın hücumu nəticəsində iki sərhədçisinin öldürüldüyünü açıqlayıb.
TNS xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin media orqanı məlumat yayıb.
Bildirilib ki, hadisə Bəlucistan əyalətinin cənub-qərbindəki Keç bölgəsində baş verib.
“Bir qrup terrorçu Pakistan-İran sərhədi boyunca fəaliyyət göstərən Pakistan təhlükəsizlik qüvvələrinin postunu atəşə tutub. Terrorçulara qarşı effektiv tədbir görülməsi üçün İran tərəfi ilə lazımi əlaqə qurulur”, - məlumatda qeyd olunub.
Əlaqəli xəbərlər
21:01
29 Sentyabr 2023