Close

Belqorodda atışma - Əhaliyə xəbərdarlıq edildi

Belqorod vilayətinin Şebekinski şəhər rayonunda hazırkı vəziyyətin ağır və çətin olduğu barədə məlumat yayılıb.

TNS xəbər verir ki, bu barədə Belqorod operativ qərargahı bildirib.

Məlumata görə, hazırda sözügedən ərazidə atışmalar davam edir və döyüş texnikalarının səsləri eşidilir. Hakimiyyət sakinləri sakit və ayıq- sayıq olmağa çağırıb. Həmçinin onlardan xahiş olunub ki, yalnız etibarlı rəsmi mənbələrə etibar etsinlər.

Eyni zamanda qərargah Ukrayna Silahlı Qüvvələrinin Şebekinoya daxil olduqları ilə bağlı yayılan informasiyanı təkzib edib.