Close

Rusiya Kiyevə “İsgəndər” raketi ilə hücum etdi

Ötən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın Kiyev vilayətindəki mülki və kritik infrastruktura “İsgəndər” operativ-taktiki raket kompleksindən 10 raket atıb.

TNS xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, qarşı tərəfin atdığı bütün raketlər zərərsizləşdirilib.

Xatırladaq ki, ötən gecə Rusiyanın Kiyevə raket hücumu nəticəsində 2-si uşaq olmaqla 3 nəfər həlak olub, 14 nəfər yaralanıb.