Close

19:53
24 Aprel 2024

Evinə basqın etdilər, sevgilisini döydülər

Ötən gecə naməlum şəxslər “Valensiya”nın cinah oyunçusu Castin Klyuvertin evinə hücum ediblər.

TNS xəbər verir ki, quldurlar onun sevgilisini döyüblər. Bu barədə “Marca” məlumat yayıb.

Mənbənin sözlərinə görə, hadisə mayın 24-də, çərşənbə günü axşam saatlarında baş verib. Həmin an Klyuvert La Liqanın 36-cı turunun “Malyorka” ilə səfər matçına görə evdə olmayıb.

Kluivertin sevgilisi iti gəzdirdikdən sonra evə qayıdarkən xuliqanlar onun ardınca mənzilə daxil olublar. Onlar futbolçunun sevgilisini döyərək evdən ümumilikdə 200 min avro dəyərində qızıl-zinət əşyaları və saatlar aparıblar.

Hücum beş dəqiqədən çox çəkməyib. Klyuvertin sevgilisinin vəziyyəti stabildir, o yüngül xəsarətlər alıb.

klyuvert