Close

Maya Sandu Moldovanın dövlət dilinin dəyişdirilməsi ilə bağlı qərarı təsdiqlədi

Moldova Prezidenti Maya Sandu ölkədə dövlət dilinin adının Moldova dilindən rumın dilinə dəyişdirilməsi ilə bağlı parlamentin qərarını təsdiq edib.

TNS xəbər verir ki, bu barədə prezident "Facebook" səhifəsində bildirib.

Maya Sandu qeyd edib ki, rumın dili cəmiyyətin konsolidasiyası üçün katalizator ola bilər və olmalıdır.

“Bu gün mən tarixi və təkzibedilməz həqiqəti təsdiq edən qanunu qəbul etdim: Moldovanın dövlət dili rumın dilidir”, - dövlət başçısı vurğulayıb.

Sandu bu qərarın Moldova cəmiyyətinin birləşməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.