Close

14:25
19 Aprel 2024

Bakıdan məlumat göndərildi, Moskvada İNTERPOL xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanıldı

Moskvada yol polisi əməkdaşları İNTERPOL xətti ilə axtarışda olan 36 yaşlı Azərbaycan vətəndaşını saxlayıblar.

TNS xəbər verir ki, bu barədə “REN TV” məlumat yayıb.

Axtarışda olan şəxs Xovrino ərazisində saxlanılıb.

Bildirilib ki, şübhəli şəxsin olduğu yerlə bağlı məlumat Azərbaycandan göndərilib.

O, hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinir.

Həmin şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.