Mirzoyan: "Tezliklə təkliflərimizi Bakıya göndərəcəyik"
19
17:56 - 22 Mart 2023

Sülh prosesi ilə bağlı Azərbaycanla danışıqlar davam edir.
TNS xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
O qeyd edib ki, İrəvan tezliklə sülh müqaviləsi ilə bağlı öz cavab təkliflərini Bakıya göndərəcək.
Xatırladaq ki, bir müddət əvvəl rəsmi Bakı Ermənistana öz təkliflərini göndərdiyini açıqlayıb.