Close

Yaponiyanın Baş naziri gözlənilmədən Kiyevə getdi

Yaponiyanın Baş naziri Fumio Kişida Ukraynaya səfər edib.

TNS TASS-a istinadən xəbər verir ki, Yaponiya Xarici İşlər Nazirliyi baş nazirin Ukraynaya səfərini təsdiqləyib.

Səfərin detalları barədə məlumat verilməyib.

Bundan əvvəl "NHK" telekanalı baş nazirin Polşa-Ukrayna sərhədində Pşemısl dəmir yolu vağzalında qatara əyləşməsinə dair gönüntü yayıb.

Yerli vaxtla saat 01.30 radələrində qatarla Kiyevə yola düşən Fumio Kisidanın 10 saat sonra Kiyevə çatacağı və Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcəyi gözlənilir.

Bu, Ukraynada müharibə başlayandan sonra Yaponiya Baş nazirinin bu ölkəyə ilk səfəridir.