Close

Putin: "2014-cü ildə müharibəyə hazır deyildik"

Rusiya 2014-cü ildə müəyyən silah növlərinin olmaması və iqtisadiyyatdakı vəziyyətə görə Ukraynaya tammiqyaslı hərbi əməliyyata hazır deyildi.

TNS xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə müsahibəsində deyib.

“O vaxt bizim hipersəs raketlərimiz yox idi, amma indi var. Hətta indi daha müasir sistemlərimiz mövcuddur, 2014-cü ildə isə bunların heç biri yox idi”, - Putin qeyd edib.

Rusiya lideri bildirib ki, 2014-cü ildə Kreml Donbas münaqişəsinin sülh yolu ilə həll olunacağına ümid edirdi.