Close

Erməni politoloqdan Paşinyanla bağlı ŞOK AÇIQLAMA

“2018-ci ilin yazında Nikol Paşinyanın hakimiyyətə gəldiyi ilk zamanlarda ağıllı adamlar ona iki kresloda oturmağa çalışmamağı məsləhət görürdülər”.

TNS “Caucasian Bureau” saytına istinadən xəbər verir ki, bu sözləri erməni politoloq Tevos Arşakyan deyib.

Onun fikrincə, Ermənistanın eyni anda həm Qərblə yaxınlaşmaq, həm də mövcud hərbi-siyasi və iqtisadi statusu qorumaq (Rusiya ilə birliyi ehtiva edən KTMT və AİB kimi təşkilatlarda qalmaq - red.) şansı yoxdur.

“Onlar haqlı idilər - tarixdə çox az adam iki kresloda eyni zamanda otura bilib. Təəssüf ki, Ermənistan hökumətinin başçısı faydalı məsləhətlərə qulaq asmadı, həm Rusiya, həm də Qərblə flört etməyə başladı. Nəticədə beynəlxalq ictimaiyyətin gözündə qeyri-ciddi liderə çevrildi”, - Tevos Arşakyan qeyd edib.(musavat.com)