Ekvadorda 6,9 bal gücündə zəlzələ olub - Ölənlər var
13
10:02 - 19 Mart 2023
Ötən gün Ekvadorda 6,9 bal gücündə zəlzələ baş verib.
TNS xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 50-yə yaxın yaşayış binasına ziyan dəyib, 7 bina tamamilə dağılıb.
Xəsarət alan insanların sayının 126-ya çatdığı, 13 nəfərin öldüyü bildirilir.
Qeyd edək ki, 6,9 bal gücündə qeydə alınan təbii fəlakətin episentri 32 min insanın yaşadığı Naranhal şəhərindən 17 km cənub-qərbdə yerləşib.