Tramp bu tarixdə həbs olunacaq - AÇIQLAMA
63
19:48 - 18 Mart 2023

ABŞ-ın eks-prezidenti Donald Tramp martın 21-də “köhnə və tamamilə ifşa olunmuş” ittihamlarla həbs olunacağını bildirib.
TNS TASS-a istinadən xəbər verir ki, Trampın sözlərinə görə, o, bu barədə Manhetten dairəsi prokurorluğundan məlumat sızması nəticəsində xəbər tutub.
“Reuters“in məlumatına görə, prokurorluğun nümayəndəsi bu məlumatı şərh etməkdən imtina edib.