Close

00:03
26 Aprel 2024

Zəlzələ nəticəsində Suriyadakı itkilər də artmaqda davam edir

Episentri Türkiyədə qeydə alınan 7.7 ballıq zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb. Zəlzələ nəticəsində Suriyada ölənlərin sayı 430-a çatıb.

TNS TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi “Facebook” səhifəsində  məlumat yayıb.

Məlumata görə, daha 1315 nəfər xəsarət alıb.

Verilən rəqəmlərin yekun olmadığı da qeyd olunub.