Close

Suriyada zəlzələdə ölənlərin sayı 1000-i keçdi - YENİLƏNİB

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 1060 nəfərə çatıb.

TNS xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb.

***

Suriyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 960 nəfəri keçib.

TNS xəbər verir ki, bu barədə "Asharq Al-Awsat" telekanalı məlumat yayıb.

Zəlzələ zamanı daha 2400 nəfər isə yaralanıb.

***

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 538 nəfərə çatıb.

TNS TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, daha 1353 nəfər zərər çəkib.

***

Suriyada güclü zəlzələdə ölənlərin sayı artmağa davam edir.

TNS xəbər verir ki, Suriya dövlət televiziyası zəlzələ nəticəsində ölənlərin sayının 427-yə çatdığı barədə məlumat yayıb.

Xəbərdə 600 nəfərin yaralandığı bildirir.

10:44

Türkiyədə baş verən zəlzələ qonşu Suriyada da dağıntı və tələfatla nəticələnib.

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 237-yə çatıb.

TNS Reuters-ə istinadən xəbər verir ki, bu barədə Suriya Səhiyyə Nazirliyi məlumat yayıb.

Zəlzələ zamanı yaralananların sayı isə 600-ü keçib.