MDB ölkələrinin liderləri Putinə nə hədiyyə ediblər?- FOTO
MDB ölkələrinin liderləri Rusiya Prezidenti Vladimir Putinə ad günü hədiyyələri gətiriblər.
TNS lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə "Shot Telegram" kanalında məlumat verilib.
Belə ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Putinə toxumsəpən traktor, Tacikistan Prezidenti Emoməli Rəhmon isə qovun və qarpız piramidası hədiyyə edib. Digər liderlərin hədiyyələri hələ məlum deyil.
Kremlin sözçüsü Dmitri Peskov isə Putinə açıqca hədiyyə etdiyini bildirib. "Biz ənənəvi olaraq administrasiyadakıların adından ümumi açıqca imzalayırıq. Təbrik mətni isə "xüsusi təhsil almış" insanlar tərəfindən yazılır",- Peskov deyib.
Qeyd edək ki, bu gün Rusiya lideri Vladimir Putinin 70 yaşı tamam olur.

