Normadan 1.4 dəfə artıq toz var
3
12:47 - 30 May 2025

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
TNS Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadla xəbər verir ki, avtomatik stansiyalardan əldə olunan məlumata görə,hazırda havada tozun miqdarı normadan 1.3-1.4 dəfə artıqdır.
Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, şimal-şərq küləkləri vasitəsilə Xəzər dənizi üzərindən cənub istiqamətli hava axını ilə ölkə ərazisinə daxil olur.
Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir.