Close

104 min uşağın birinci sinfə qəbulu tamamlandı

Bu günə qədər 104 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb.

TNS xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, mayın 6-dan etibarən həyata keçirilən 2025-2026-cı tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir.

Rus bölməsi üzrə müsahibəyə yazılma prosesinə 6 may tarixindən etibarən başlanılıb və 20 may 2025-ci il saat 18:00-da başa çatacaq.