Close

Bağırov körpüsündə son vəziyyət - FOTOLAR

Gecə saatlarından yağan yağış nəticəsində paytaxtın Nərimanov rayonu Heydər Əliyev prospekti, Bağırov körpüsünün ərazisində hərəkət çətinləşib. 

TNS xəbər verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına əsasən, Bağırov tuneli, mərkəz istiqamətində tunelə yağış sularının yığılması səbəbindən nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub. 

Hazırda polis əməkdaşları tərəfindən yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlər görülür.

Xatırladaq ki, ötən ilin oktyabrında yağan intensiv yağışlar nəticəsində də sözügedən ərazini su basmışdı. Əraziyə rəsmi qurumlar cəlb edilərək baxış keçirmiş, fəsadları aradan qaldırmışdılar.

1744782192_img-20250416-wa0004

1744782147_img-20250416-wa0006

1744782187_img-20250416-wa0003

1744782190_img-20250416-wa0007

WhatsApp_Image_2025-04-16_at_08-09-37_1