Pensiyalar nə vaxt veriləcək?
3176
13:06 - 09 Dekabr 2024
Dekabrın 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.
Bu barədə TNS-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.