Bu agentlik yarım milyon manatlıq avtomobillər alır
13
18:23 - 29 Noyabr 2024
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi xidməti avtomobillər alır.
TNS xəbər verir ki, bununla bağlı agentlik hazırlıqlara başlayıb.
Məlumata görə, satın alınacaq 14 ədəd sedan tipli xidməti minik avtomobili Sosial Xidmətlər Agentliyinin Aparatı və sosial xidmət müəssisələri üçün nəzərdə tutulub. Avtomobillərin istehsal ilinin 2023-cü il olması isə əsas şərtlərdəndir.
Agentliyə avtomobilləri "TOYOTA ABSHERON MERKEZI" Məhdud Məsuliyyətli Cəmiyyəti təhvil verəcək. Bunun müqabilində şirkətə 567 000 manat ödəniləcək.
Əlaqəli xəbərlər
18:00
06 Dekabr 2024