Close

21:52
08 Dekabr 2024
21:34
08 Dekabr 2024
20:00
08 Dekabr 2024

Azərbaycanlı COP29 könüllüsü isveçli təxribatçıya cavab verdi

Azərbaycanlı COP29 könüllüsü Nigar Quliyeva ölkəmizin uğurlarını gözü götürməyən beynəlxalq dairələrin ruporu və onların maraqlarının girovuna çevrilmiş bəzi şəxslərə tutarlı cavab verib.

TNS xəbər verir ki, COP29 könüllüsü gənc Nigar İsveç iqlim fəalı, təbiət mühafizəçisi Qreta Tunberqə ünvanladığı məktubda tutarlı faktlar açıqlayıb.

Məktubda deyilir: "Hörmətli Qreta,

Sənin Azərbaycan və COP29 haqqında yanlış və qərəzli məlumatlar yaymağını öyrəndim. Nəzərinə çatdırım ki, bizim eyni yaş qrupuna aid olduğumuzu nəzərə alaraq, ən azı bakalavr dərəcəsini tamamladığını fərz etsək, sən belə qərəzli materialları sosial mediada yaymayacaq qədər əsaslı araşdırma bacarıqlarına sahib olmalıydın. 

Sənə bənzər bir “müstəqil jurnalist” olaraq öz ölkəsinə xəyanət etmiş və öz dövlətini tənqid etməkdən zövq alan biri ilə podkastda iştirak etdiyin yetmirmiş kimi, sən həm də o qərəzli məlumatlarını “The Guardian” kimi xəbər qurumları vasitəsilə yaymısan və üstəlik, onu təkrarən paylaşaraq mənim ölkəm haqqında daha da gülünc şərhlər əlavə etmisən. Diqqətinə çatdırmaq istərdim ki,Azərbaycan dünyanın ilk neft ölkələrindən biri olmaqla yanaşı, eyni zamanda Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”şirkətiilə birlikdə Qafqaz bölgəsindəki ən böyük günəş elektrik stansiyalarından biri olan Qaradağ Günəş Elektrik Stansiyasını quran ölkədir.

Üstəlik, bu enerji parkı  550 hektar və ya 5 milyon 500 min kvadrat metr sahəni əhatə edir. Halbuki İsveç lalnız bu yaxınlarda  Witznitz-i keçərək Avropanın ən böyüyü olmaq iddiası ilə eyni ölçüdə olan ilk günəş parkını inşa etməyə başlayıb.

Ölkəmi repressiv bir dövlət adlandırmağın üçün edə bildiyin yeganə şey Azərbaycan haqqında Ermənistanın təsiri altında olan Vikipediya səhifələrini gözdən keçirməkdirsə, bu da yenə sənin zəif araşdırma bacarıqlarını göstərir. 

Və hə, ölkəmi avtoritar edən nədir, məhz onu soruşuram? Mən bunu “seçmə həqiqət” adlandırardım, amma bu, ölkəm haqqında deyilə biləcək faktiki olaraq düzgün bir ifadənin yaxınından belə keçmir. Bizim 125 deputatın nümayiş etdirdiyi, bölgələrimizi və vətəndaşlarımızın ehtiyaclarını təmsil edən Milli Məclisimiz var. 

Və biz prezident və hökumətimizi sərbəst  seçmək hüququna malikik. Bunun ardınca gələcəyinə və  bizi misoginist, şovinist və ya repressiv ölkə adlandıracağına əminəm. Amma bax, buradayam, gənc bir qadın olaraq, sərbəst iradəmlə danışaraq, geyinərək, davranaraq, səs verərək, istədiyim şəkildə, istədiyim vaxt hər şeyi edə bilirəm. Hətta biz o qədər də repressiv olsaydıq 13,5 milyondan çox izləyicisi olan tanınmış YouTuber Nas Daily Azərbaycanda dini və mədəni hörmət və müxtəliflik (və bərpa olunan enerji resurslarına keçid) haqqında video (hətta ikisini) çəkə bilməzdi.

Ekologiya sahəsinə yönəlsək,  unutmamalıyıq ki, COP29  könüllüləri üçün aparılan müsahibələr nəticəsində seçilən 7000 namizəddən 68 faizi qadınlardan ibarət idi. Əgər Azərbaycana ayaq basmaq və COP29-da iştirak etmək istəyərsənsə, əmin ola bilərsən ki, təhlükəsiz mühitdə olacaqsan. 

Bu fürsətdən yararlanaraq 30 il Ermənistanın işğalı altında qalmış torpaqlarımızı da kəşf edə bilərsən. Bu müddət ərzində onlar həmin ərazilərə mina basdırmaq, xalqımızı öz bölgələrimizdən zorla çıxarmaq və etnik təmizləmə kimi vəhşiliklərlə məşğul olmuşlar. Halbuki, bizə yalnız 4 il lazım oldu ki, həmin torpaqların böyük bir hissəsini bərpa edək, yenidən qurub məskunlaşdıraq. Ancaq əgər bizim ölkəmizə ayaq basmadan və həqiqəti öz gözlərinlə görmədən, media vasitəsilə biz haqda yayılan yalan və iyrənc şeylərə inanmağa davam edib bəhanələr gətirmək istəyirsənsə, bu da sənin seçimin".