Close

21:52
08 Dekabr 2024
21:34
08 Dekabr 2024
20:00
08 Dekabr 2024

Pensiyalarla bağlı şad xəbər: gələn ilin yanvarından...

“2025-ci il yanvarın 1-dən bütün növ əmək pensiyalarının indeksləşdirilərək artırılması gözlənilir”.

Bunu TNS-ə Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov deyib.

Deputatın sözlərinə görə, pensiya artımları “Əmək pensiyaları haqqında” qanuna uyğun olaraq, həyata keçirilir və hər il yanvar ayında əmək pensiyalarının indeksləşdirilməsi reallaşır: “Bu baxımdan 2025-ci ilin yanvarın birindən etibarən bütün növ əmək pensiyalarının indeksləşdirilərək artırılması gözlənilir. Bu, həm həm yaşa görə və digər pensiyaları əhatə edəcək. Bütün əmək pensiyalarını əhatə etdiyi üçün vahid indeksasiya mexanizminə uyğun olaraq həyata keçiriləcək. Artım faizinə gəldikdə isə bu, 2024-cü ilin sonuna doğru müəyyənləşəcək. Çünki 2024-cü ildə orta aylıq əməkhaqındakı artım faizinə uyğun olaraq indeksləşdirmə həyata keçiriləcək. Artım faizi də 2024-cü ilin sonuna doğru dəqiqləşəcək. 2025-ci ilin əvvəlində isə Dövlət Statistika Komitəsi tərəfindən rəsmi olaraq elan olunacaq. Dövlət Komitəsi tərəfindən rəsmi olaraq, elan olunduqdan sonra müvafiq qurum tərəfindən əmək pensiyalarının indeksləşdirilməsi və artırılması həyata keçirilir. Düzdür, orta əməkhaqqı artım faizi adətən yanvarın sonu, fevralın əvvəlində elan olunur. Amma pensiyaların indeksləşdirilərək artımı yanvarın 1-dən nəzərə alınır. Artım yanvar ayının pensiyalarında da hesablanır".

Ayşən Azadova