Close

16:10
12 Oktyabr 2024

Koronavirusun yeni növü yayılır - VİDEO

Dünyada koronavirusun XEC adı verilən yeni növü yayılır. Variant ilk dəfə bu ilin iyununda Almaniyada aşkar edilib və o vaxtdan Böyük Britaniya, ABŞ, Danimarka və bir sıra digər ölkələrdə qeydə alınıb.

TNS "Xəzərxəbər"-ə istinadən xəbər verir ki, alimlər bu variantın yaxın gələcəkdə koronavirusun əsas növünə çevrilə biləcəyini iddia edirlər. Artıq qonşu Rusiyada da bu virusa yoluxma aşkarlanıb.

COVID-in yeni variantı xəstələrdə yüksək hərarət, bədən ağrıları, yorğunluq, öskürək və ya boğaz ağrısı ilə müşahidə olunur. Həkim infeksionist Vasif Əliyevin sözlərinə görə, şübhələr varsa, bu növün aşkarlanması üçün COVID-də olduğu kimi PCR testdən istiafədə edilir. Yeni növün müalicəsi COVID-ə qarşı aparılan müalicələrlə eynidir.

Mütəxəssislər bildiriblər ki, COVID-19-a qarşı istehsal edilmiş vaksinlər XEC-lə mübarizədə də effektivdir.

Daha ətraflı videomaterialda.