Payız fəsli nə vaxt başlayacaq?
429
10:06 - 30 Avqust 2024
Bu il payız fəsli Azərbaycanda sentyabrın 22-si saat 16:43-də başlayacaq.
TNS Şamaxı Astrofizika Rəsədxanasına istinadla xəbər verir ki, payız fəslinin daxil olması ilə gecə-gündüz bərabərliyi qeydə alınır, Günəş Şərqdə doğub, Qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edərək, ekvatoru kəsir, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində payız fəsli, Cənub yarımkürəsində yaz fəsli başlayır.
Qeyd edək ki, bu il payız fəsli 89 gün 20 saat 36 dəqiqə 54 saniyə davam edəcək.
Aygün